Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti ABŞ-a səfərə gedib.
Strateq.az bildirir ki, nümayəndə heyəti səfər çərçivəsində müdafiə sahəsində erməni-ABŞ məsləhətləşmələrində iştirak edəcək. Müdafiə Nazirliyi həmçinin ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında ikitərəfli görüşləri planlaşdırılır.
Nümayəndə heyəti artıq BMT baş katibi ofisinin baş qərargahının rəisi, briqada generalı Əhməd Muhəmmədlə və BMT baş katibinin təhüləsizlik məsələləri üzrə köməkçisi Dmitri Titovla görüşüblər.
Ermənistan nümayəndə heyətinə müdafiə nazirinin birinci müavini David Tonoyan rəhbərik edir. Səfər 27-31 iyul tarixində keçirləcək.