XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 10:08

35 minlik türk ordusu Suriyaya göndəriləcək? –İngilis qəzetindən açıqlama

Turkish Army Troops, Militants Mass in Aleppo: Russian Monitor

İngiltərənin “Faynənşl Tayms” qəzeti Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq planına ABŞ-ın isti baxmadığını yazıb.

 Rəcəb Tayyib Ərdoğanın G20 zirvəsində Barak Obama ilə görüşünü şərh edən qəzet Suriya əməliyyatlarının uzun illər davam edə biləcəyini vurğulayıb:

“Ərdoğan bu tələblə ölkəsinin Suriyadakı rolunu artırmaq niyyəti güdür. ABŞ isə bir müddətdir Türkiyəni Suriyanın şimalını terrorçulardan təmizləməyə çağırır. Ancaq Vaşinqton burada təhlükəsiz bölgənin yaradılması planına israrla qarşı çıxır. ABŞ koalisiyanın bölgədə daha böyük hərbi məsuliyyətə girməsindən qorxur.

Təhlükəsiz bölgə indiyə qədər misli görünməmiş uğurla irəliləyən Türkiyənin müharibədə çox önəmli bir oyunçu olmaq anlamına gəlir.

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Cerablusdan sonra cənubda Menbic və İŞİD-in əlindəki Əl Baba yönələcək. Bu planlar gerçəkləşərsə, ASO kritik həddə kürdlərə yaxınlaşacaq.

Bu vəziyyət Türkiyənin Suriyadakı əməliyyatlarının miqyasının genişlənməsinə səbəb ola bilər. Həm də bu, Türkiyə ordusunu ASO-ya müharibənin sonuna kimi dəstək verməyə məcbur edəcək.

Belə bir əməliyyat baş tutarsa, ən azı 35 minlik türk ordusunu Suriyada görəcəyik”. (Axar.az)