XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 Mart 2015 - 08:44

Putindən şok qərar; prezident qoşunları döyüş vəziyyətinə gətirdi

Rusiya Federasiyası (RF) Silahlı Qüvvələrinin Ali Baş komandanı Vladimir Putin bazar ertəsi yerli vaxtla saat 08:00-dan etibarən Şimal donanması və Qərb hərbi dairəsinin ayrı-ayrı bölmələri, Hava-Desant Qoşunlarının bölmələrinin aparılan qəfil yoxlama çərçivəsində tam döyüş vəziyyətinə gətirilməsi əmrini verib.

Bu barədə məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Milli müdafiə idarəetməsi mərkəzində bəyan edib.

Qəfil yoxlamaya 38 min hərbçi, 3,36 min hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və helikopter cəlb olunub, Şoyqu bildirib.

Eyni zamanda Silahlı Qüvvələr növlərinin ali baş komandanları, qoşun növləri komandanları, Müdafiə Nazirliyinin əsas və mərkəzi idarələrinin rəislərinə direktiv göstərişlərinin olduğu zərflər verilib.

Qeyd edək ki, Rusiya Şimal donanmasının əsasını atom raket və torpeda sualtı qayıqları, raket daşıyan və qayıq əleyhinə aviasiya, raket, aviadaşıyıcı və qayıq əleyhinə gəmilər daxildir.