XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2015 - 10:42

“Oğul Qəddafiyə ölüm!”- Liviya Ali Məhkəsi hökm çıxardı

Müəmmar Qəddafinin oğlu Seyfülislam edam cəzasına məhkum edilib.

Strateq.az bildirir ki, oğul Qəddafi barəsində bu hökmü Liviyanın Ali məhkəməsi çıxarıb. Seyfülislamla yanaşı Qəddafi rejiminin son baş naziri əl-Bağdadi əl-Mahmudi və xəfiyyə orqanının sabiq sədri Abdullah Senusi də eyni cəzaya layiq görülüb.

Qeyd edək ki, Liviya inqilabının yatırılmasında Seyfullah Qəddafi xüsusi aqressiyası ilə seçilir, inqilabçılara barmaq silkələyirdi. Həbs olunandan sonra mətbuata sızdırılan ilk şəklində onun barmaqlarının kəsildiyi əks olunmuşdu. Görünür, Liviya Ali Məhkəməsi bunu inqilaba barmaq silkələyən “varis” üçün yüngül cəza hesab edərək Qəddafiyə ölüm hökmünü layiq bilib.