XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

16 Mart 2015 - 09:23

Poroşenko Donbasın özəl statusu barədə qanuna düzəlişi parlamentə göndərdi

Bu məsələ üzrə səsvermə martın 17-də, ya da 18-də baş tutmalıdır

president.gov.ua

Uklrayna prezidenti Pyotr Poroşenko Donbasın özəl statusdu barədə qanuna düzəlişi parlamentə nəzərdən keçirilmək üçün göndərib.

Strateq.az Ali Radanın saytına isnadən xəbər verir ki, dövlət başçısı əvvələr Luqansk və Donetsk vilayətinin bir sıra bölgələrinin özəl statusu barədə qanun layihəsini deputatların müzakirəsinə təqdim edib. Bu məsələ üzrə səsvermə martın 17, ya 18-də baş tutmalıdır.

Qeyd edək ki, Ukrayna böhranının nizamlanması üzrə 12 fevral tarixli Minsk razılaşmasına əsasən, Donbasda atəşkəs elan edilməsi, ağır silahların geri çəkilməsi, təhlükəsizlik zonasının yaradılması, DXR və LXR sakinlərinə təqaüdlərin ödənməsi, həmçinin Ukraynada konstitusiya islahatı nəzərədə tutulub.

Razılaşmanın 4-cü bəndinə görə, Ukrayna 30 gündən gec olmayaraq Donbas rayonlarının özəl siyasi və iqtisadi statusunu müəyyən etməyi öhdəsinə götürüb. Həmin vaxt martın 14-də bitib.