XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2016 - 17:37

Prezident korrupsiyadan qurtulmağın yolunu göstərdi:Nağd puldan imtina!

Estoniya prezidenti Toomas Hendrik İlves qeyri-demokratik və korrupsiyalaşmış ölkələrə nağdsız hesablaşma sisteminə keçməyi tövsiyə edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezident bu sistemin ölkənin demokratikləşməsinə kömək edəcəyini bildirib: «Demokratiyanın zəif olduğu ölkələrdə korrupsiya çiçəklənir. Bunda isə nağd pullar böyük rol oynayır. Nağd puldan imtina etməklə demokratiyanı gücləndirmək olar».

İlvesin fikrincə, müasir texnologiyalar nağdsız hesablaşma sisteminə keçməyə tam imkan verir.