Avropa Birliyinin Xarici əlaqələr üzrə məsul şəxsi Federika Mogherini bu gün İranın paytaxtı Tehrana gedib.
Strateq.az xəbər verir ki, diplomatın İran prezidenti Həsən Ruhani ilə görüşdüyü bildirilir. Görüş mətbuata qapalı şəraitdə keçirilib.
Mogherininin daha sonra İran xarici işlər naziri Cavad Zərif və Məclis Başçısı Əli Laricani ilə bir araya gəlməsi gözlənilir.
AB-dən İrana “nüvə sazişi”ndən sonra edilən bu ziyarət tərəflər arasında “yeni bir səhifə açılır” ehtimalını qüvvətləndirir.