XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 18:37

Rusiyadan Krımda əzələ nümayişi:Bombalama təlimi keçirildi

rusya-mig29

Krımda “MiQ-29” tipli 6 rus hərbi təyyarəsi təlim keçirib.

Strateq.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, təlimin məqsəd bombalama ssenarisini sınaqdan çıxarmaq  imiş və təyyarələr hədəfləri zərərsizləşdirmək üçün U-50t bombalarından istifadə ediblər. Manevr məqsədilə istifadə olunan bu bombalar yerə düşəndə partlamır, sadəcə göyə rəngli fişənglər buraxır və bu da partlayış anlamına gəlir.

Təlimdə 12 bomba atılıb və hədəflər tam dəqiqliklə vurulub.

Xatırladaq ki, dünən NATO-nun Baş katibi Cens Stoltenberq Gürcüstanda səfərdəykən, Rusiyanın Krımda hərbiləşdirmə siyasətini sərt tənqid etmiş və yaxın gələcəkdə həm Ukraynanın, həm də Gürcüstanın Alyansa daxil olacağını bildirmişdi. O, həmçinin NATO-nun Qara dənizdə qüvvələrini artıracağını elan etmişdi. Elə həmin gün Pentaqondan Qara dəniz üzərində bir Amerika təyyarəsinin rus təyyarəsi tərəfindən təhdid olunduğunu açıqlamışdı.

Qara dəniz sahillərində yerləşən Krımda Rusiyanın hərbi təlim keçirməsi də NATO-nun bu niyyətinə verilmiş cavab kimi xarakterizə oluna bilər.

Strateq.az