Ukrayna hökuməti korrupsiya ilə mübarizəni gücləndirməlidir
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ukraynanı Minsk razılaşmasını
bütünlüklə yerinə yetirməyə və sonrakı islahatlara çağırıb.
Strateq.az Ukrayna KİV-ə isnadən bildirir ki, nazir həmçinin Ukraynanın Almaniyanın tam dəstəyinə güvənə biləcəyini bəyan edib. Bununla belə, Ştaynmayer Ukrayna hökumətinə xatırladıb ki, ölkədə korrupsiya ilə mübarizə, həmçinin inzibati sistemin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi zəruridir.
Ukrayna prezidenti Pyotr Poroşenkonun bu günlərdə Almaniyaya səfəri zamanı Ştaynmayer qeyd etmişdi ki, Donbasda böhranın nizamlanmasında güzəştə getmək olmaz. Ştaynmayerin sözlərinə görə, Ukraynanın şərqində barışıq kövrək olaraq qalsa da, münaqişə zonasının əksər hissəsində gözlənilir.