Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Müdafiə naziri Sergey Şoyqunun Krıma səfəri ilə bağlı Moskvaya bu gün öz etiraz notasını yollayacaq.
Bunu jurnalistlərə açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maryana Betsa söyləyib.
Onun sözlərinə görə, Şoyqunun Krım ərazisinə səfəri Ukraynanın suverenliyinin pozulmasıdır. O, Moskvanın bununla beynəlxalq hüququn qaydalarına əməl etmədiyini bildirib.
Qeyd edək ki, Sergey Şoyqu bu gün “Qafqaz-2016” təlimini izləmək üçün Krıma səfər edib.
Krım Ukrayna ərazisidir. Bu yarımada 2014-cü ilin martında Rusiya tərəfindən anneksiya olunub.
Axar.az