"Apple Pay" ödəmə xidməti 2016-ci ilin sonunadək Rusiya və Yeni Zelandiyada öz xidmətlərini təqdim edəcək.
Azərtac “banks.eu” saytına istinadla xəbər verir ki, xidmət oktyabrda Yeni Zelandiyada ilk yerli bankların birində istifadəyə veriləcək. Rusiyada isə xidmətin bu ilin sonunda buraxılması planlaşdırılır. Hansı maliyyə institutlarının Rusiyada "Apple Pay"ın tərəfdaşları olacağı da məlum deyil. "Apple Pay" xidməti istifadəçilərə iPhone (6 və 7 versiya) və ya "Apple Watch" vasitəsilə təmassız kartlar qəbul edən istənilən terminalda ödənişlər etməyə imkan verəcək.
Tezliklə Yaponiya da "Apple Pay" ödəmə xidmətinə qoşulacaq.
Hazırda "Apple Pay" dünyanın 9 bazarını, o cümlədən Avstraliya, Kanada, Çin, Fransa, Honkonq, Sinqapur, İsveçrə və Böyük Britaniya bazarlarını əhatə edir.