Almaniya Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə gedən vətəndaşlarına xəbərdarlıq edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, yazılı xəbərdarlıqda Türkiyənin son hava hücumlarına cavab olaraq PKK-nın qisas xarakterli addımlar ata biləcəyi qeyd olunur. Almaniya XİN hesab edir ki, Türkiyənin bölgələrinə səfər edən alman vətəndaşlar xüsusən ehtiyatlı olmalıdılar: «İstirahət zonalarında hələ ki hər hansı təhlükə müşahidə olunmayıb. Son günlər vəziyyət xeyli gərginləşdiyi üçün vətəndaşlarımıza Türkiyənin Suriya və İraqla sərhəd olan bölgələrinə getməməyi tövsiyə edirik».
Strateq.az