XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2016 - 19:42

Türkiyə suriyalı qaçqınları İŞİD-dən azad edilmişərazilərə qaytara bilər

Türkiyə İŞİD-dən azad edilmiş Suriya ərazilərində düşərgə yarada və ora təhlükəsizlik zonası formalaşdırıldıqdan sonra suriyalı qaçqınları qaytara bilər.

Bunu Trend-ə Türkiyə Fövqəladə Halların Qarşısının Alınması və Fəsadlarının Aradan Qaldırılması İdarəsindən (AFAD) deyiblər.

Qurumdan bildiriblər ki, düşərgənin yaradılması üçün AFAD hazırlıq işləri aparır: "Türkiyədəki bəzi suriyalı qaçqın qrupları könüllü olaraq İŞİD-dən azad edilmiş Cerablusa yerləşir".