ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan Suriya və İraqla bağlı sensassiyalı açıqlama verib.
“Vest Point” hərbi akademiyası tərəfindən nəşr olunan “CTC Sentinel” dərgisinə müsahibə verən Brennan İraq və Suriyanın normal dövlət kimi formalaşmasının mümkünsüz olduğunu deyib:
“Bundan sonrakı dövrdə hər iki ölkənin vahid mərkəzdən idarə olunacağını təxmin etmirəm. Tökülən qan və təxribatlarla bərabər, etnik və məzhəb gərginliklərinin davam etməsi iki ölkəyə çox ciddi zərbə vurub. Suriya və İraqda kürd bölgələri kimi avtonom strukturlar meydana çıxa bilər”.
Axar.az