XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyul 2015 - 06:19

Azərbaycanın geri qaytardığı erməninin məhkəməsi başlanır

ermeni alie.jpg

Ermənistanda yaşayış səviyyəsindən narazılıa görə bir neçə il əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçmiş erməni Yeqişe Gevorkyan haqqında başlanmış cinayət işi üzrə istintaq başa çatıb, iş məhkəməyə verilib.

Strateq.az news.am saytına istinadən bildirir ki, bu barədə Ermənistanın Məhkəmə departamentinin mətbuat xidmətinin məlumat yayıb.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna və oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviç 2010-cu il yanvarın 10-da Naxçıvan Muxtar Respublikası ərazisinə keçib və Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq həmin şəxsləri 2014-cü il dekabrın 12-də qarşı tərəfə qaytarıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Y. Gevorkyan ailəsi birlikdə Naxçıvana keçəndə onun barəsində dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi açıldığını bildirmiş, o, ailəsi Ermənistana təhvil veriləndə isə həbs qətimkan tədbiri Ermənistandan çıxmama haqda iltizamla əvəzlənmişdi.