XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 06:30

Jerar Depardyeyə Ukraynaya gəlmək qadağan olundu

depardye.jpg

Məşhur fransız aktyoru Jerar Depardyeyə 5 il müddətinə Ukraynaya gəlmək qadağan olunub.

Strateq.az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti açıqlama yayıb. Qurumun mətbuat katibi Yelena Qitlyanskaya bildirib ki, Rusiya vətəndaşı olan Depardyenin anti-Ukrayna çıxışları bu qərara səbəb olub.

“Depardyeyə 5 il qadağa qoyulması barədə qərar Ukrayna Mədəniyyət Nazirliyinin müraciəti əsasında çıxarılıb”.

Qeyd edək ki, 22 iyulda vətəndaş hərəkatı fəalları Ukrayna əleyhinə ictimai çıxışlar edən 567 əcnəbi yaradıcı şəxsin siyahısını nazirliyə təqdim ediblər. Bu siyahıda Jerar Depardye də olub.