XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 12:12

FİFA:vitse-prezident üçün ömürlük cəza

FİFA-nın etika üzrə komitəsinin arbitraj palatası təşkilatın keçmiş vitse-prezidenti və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (CONCACAF) keçmiş başçısı Ceffri Uebbi futbol fəaliyyətindən ömürlük olaraq kənarlaşdırıb.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, Ceffri Uebb, həmçinin 1 milyon İsveçrə frankı həcmində cərimə olunub. O, dələduzluqda və pulların yuyulmasında günahkar bilinib. Bundan başqa arbitraj palatası onun işində Beynəlxalq Futbol Federasiyasının etika məcəlləsinin bir neçə maddəsinin pozulması faktını da aşkarlayıb.

Xatırladaq ki, 2015-ci ilin noyabrında günahını etiraf edən Uebb dövlətin hesabına 7 milyon dollar köçürməyə də razılıq verib.