Rusiyalı biznesmen, “YUKOS”şirkətinin rəhbəri olmuş Mixail Xodorkovski PRANAS müxalifət hərəkatının lideri Boris Nemtsovun qatillərini tanıdığını bəyan edib.
Strateq.az “Dojd”TV-yə istinadən bildirir ki, Xodorkovski 80 faiz buna əmin olduğunu deyib. “Mən bu cinayətin kimin törətdiyini bilirəm. Buna əminəm”,-deyə o, vurğulayıb.
Xodorkovski bildirib ki, Nemtsov çeçenistanın rəhbəri Kadırovla münasibətdə olan güc strukturlarının birinin provokasiyası nəticəsində öldürülüb.
“Bu gün gün üçün bu versiya tam yerinə düşür. Amma bu heç nəyi dəyişmir. Qərarı Kadırovun ətrafında olan konkret adamlar qəbul edib. Bu mənim fikrimdir”,- deyə o vurğulayıb.
Bununla yanaşı Xodorkovski ad çəkməkdən imtina edib.
Rusiya baş nazirinin keçmiş birinci müavini Boris Nemtsov 27 fevral 2015-ci ildə Kremlin yaxınlığında güllələnib. Onun qətlində 5 nəfər şübhəli şəxs kimi saxlanılıb.