Strateq.az İRNA-ya istinadən bildirir ki, İran və 5+1 qrupu arasında nüvə müzakirələrinin yekunundan sonra Fransa xarici işlər naziri diplomatik görüşlər və İran İslam Respublikaqsı ilə münasibətləri genişləndirmək məqsədilə Tehrana səfər edib.
Fransa xarici işlər naziri Tehran səfərində İran İslam Respublikasının bir qrup yüksək səviyyəli rəsmisi, o cümlədən İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşərək danışıqlar aparacaq.
Fransa xarici işlər naziri Loran Fabiusun Tehran səfəri bir günlük olacaq.
Fransa Nazirlər Kabinetinin bir üzvü Fabiusu Tehran səfərində müşayiət edir.