XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2016 - 14:50

Mançester derbisi:Mourinyo, yoxsa Qvardiola?

Karyeraları ərzində ilk dəfə eyni şəhərin komandalarına rəhbərlik edən Joze Mourinyo və Xosep Qvardiolanın derbi sınağı maraqla gözlənilir. Avropanın diqqəti İngiltərə Premyer-liqasında bu gün keçiriləcək Mançester Yunayted–Mançester Siti oyununa yönəlib.

Azərtac xəbər verir ki, portuqaliyalı baş məşqçi Joze Mourinyonun başçılıq etdiyi və mövsümün ilk üç həftəsini xal itirmədən keçirərək qapısından yalnız bir top buraxan Mançester Yunayted klubu və ispaniyalı mütəxəssis Xosep Qvardiolanın baş məşqçisi olduğu, mövsümün ilk üç oyununu qələbə ilə başa vuran Mançester Siti klubu maraqla gözlənən derbi oyununda qarşı-qarşıya gələcək. Oyun 76 min nəfər tamaşaçı tutumu olan “Old Trafford” stadionunda keçiriləcək.

Bu derbi, eyni zamanda, ən bahalı matç hesab olunur. “Mançester Yunayted” klubunun heyətində meydana çıxacaq 11 futbolçunun ümumi qiyməti 350 milyon sterlinqdən çox, Qvardiolanın meydana çıxaracağı gözlənilən start heyətinin dəyəri isə 321 milyon funt sterlinqdir. Beləliklə, sentyabrın 10-da keçiriləcək qarşılaşmada oynayacağı ehtimal olunan oyunçuların ümumi dəyəri təxminən 671 milyon funt sterlinq təşkil edir. Müqayisə üçün deyək ki, keçən ilin noyabrında keçirilən “Real Madrid”–“Barselona” oyununda meydana çıxan futbolçuların ümumi qiyməti 562 milyon sterlinqə bərabər olub.

Mourinyo və Qvardiola İspaniyada çalışdıqları dövrdə apardıqları rəqabətlə Avropa futboluna özlərinə məxsus möhür vurublar.