XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 15:00

Səkkiz ay ərzində “Türk Hava Yolları” ilə42,3 milyon sərnişin daşınıb

2016-cı ilin yanvar-avqust aylarında “Türk Hava Yolları” (THY) ilə 42,3 milyon sərnişin daşınıb.

AZƏRTAC “www.ulasimonline.com” saytına istinadla bildirir ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən sərnişinlərin sayı 3,8 faiz artıb. 2015-ci ilin avqust ayında 277 şəhərə uçuş həyata keçirən THY, 2016-cı ilin müvafiq dövründə 290 şəhərə uçuş həyata keçirib. Daxili reyslərin sayı 48-dən 49-a, xarici reyslərin sayı isə 229-dan 241-ə yüksəlib. Həmçinin bu ilin avqust ayında THY təyyarə sayını ötən ilin müvafiq dövrünə nisbətən 294 ədəddən 335-ə çatdırıb.