Almaniyada güc tətbiq etməyə hazır olan islamçı ekstremistlərin sayı maksimuma çatıb.
Bunu “Bild” qəzetinə müsahibəsində Almaniya Daxili İşlər naziri Tomas de Mezyer söyləyib.
Onun sözlərinə görə, bu şəxslərin sayı 520 nəfərdir.
Meyzer bildirib ki, Almaniyada terror təhdidini xaricdən gələn terrorçularla yanaşı, yerli radikal şəxslər də yarada bilərlər. (Axar.az)