İsveçrə mətbuatına müsahibəsi zamanı Putinə ilk dəfə onun psixi sağlamlığı haqda sual verilib.
Axar.az xarici KİV-lərə istinadən xəbər verir ki, isveçrəli jurnalist müsahibənin sonunda böyük qalmaqala səbəb ola biləcək sual verib:
“çoxları deyir ki, siz hakimiyyətdə olduğunuz uzun müddət ərzində dəli olmusuz, onlara nə cavab verərdiniz?”, – jurnalist Putindən soruşub.
“Bu mənim həyatımda siyasi mübarizənin bir hissəsidir. çalışıram ki, buna elə ciddi fikir verməyim”, – prezident cavab verib. Qeyd edək ki, qalmaqallı sual-cavab videonun sonundadır.