XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 18:30

Tanınmış türk futbolçu karyerasınıbaşa vurdu

Türkiyəli tanınmış futbolçu Necati Ateş karyerasını başa vurub.

Azərtac xəbər verir ki, bu barədə futbolçunun özü yerli mətbuata açıqlamasında deyib.

Bundan sonra məşqçilik fəaliyyəti ilə məşğul olmaq istədiyini deyən 36 yaşlı N.Ateş bununla bağlı kurslara yazılacağını bildirib.

N.Ateş “Adanaspor”, “Qalatasaray”, “Ankaraspor”, “İstanbul Böyükşəhər Bələdiyyəsi”, “Real Sosiedad” (İspaniya), “Əskişəhərspor”, “Kayseri” və “Karşıyaka” klublarında forma geyib. 2003-2006-cı illərdə isə Türkiyə millisinin üzvü olub. N.Ateş Türkiyənin ən məhsuldar doqquz futbolçusundan biridir.