XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 19:03

Dünyada hər 40 saniyədən birintihar hadisəsi baş verir

10 sentyabr – Beynəlxalq İntiharların Qarşısını Alma Günüdür. 2003-cü ildən etibarən hər il dünyada qeyd olunan bu günün məqsədi dünyada intiharların qarşısının alınmasına dair fəaliyyəti təşviq etməkdir.

Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu tarixin təqvimə əlavə edilməsinin təşəbbüsçüsü Beynəlxalq İntiharların Qarşısını Alma Assosiasiyasıdır (BİQAA və həmin gün Dünya Səhiyyə Təşkilatının (DST) dəstəyi və BMT-nin himayəsi ilə həyata keçirilir.

Müasir həyat və iş ritmləri, habelə bir çox subyektiv amillər müəyyən anda insanı son addıma – canına qəsd etməyə sövq edir. Statistikaya görə, orta hesabla dünyada zorakı ölümlərin yarısı intiharların payına düşür.

DST diqqəti buna yönəldir ki, hər il dünyada təxminən 800 min adam intihar edir. Üstəlik, uğursuz intihar cəhdlərinin sayı özünəqəsdlərin sayından 20 dəfə yüksəkdir. DST mütəxəssisləri hər 40 saniyədən bir intihar hadisəsi baş verdiyini xatırladır.

Məlumatlara görə, dünyada intiharların təxminən 30 faizini özünü pestisidlərlə zəhərləmələr təşkil edir. Həm də bu ölümlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrin kənd yerlərində baş verir. Digər geniş yayılan özünəqəsd üsulları asma və odlu silahdan istifadədir.