Yeni “iPhone 7” smartfonları “LTE-Advanced cat.9” standartındakı şəbəkədə çalışacaq. Bu standart mobil internetin sürətini 450 mbit/saniyə gücündə təmin edir.
Azərtac-ın “qazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə “Apple” korporasiyasının saytında məlumat verilib.
Xatırladaq ki, “Apple” sentyabrın 7-də “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarını təqdim edib.