Ərdoğan hökümətinin İŞİD-lə əməkdaşlığını təsdiq edən sənədlər ABŞ-ın əlinə keçib.
Strateq.az bildirir ki, bu barədə “The Guardian” qəzetinin müxbiri Martin çulov bildirib.
Türk KİV-inə açıqlamasında çulov bildirib ki, Amerika hərbiçiləri İŞİD-in neftin satışına məsul olan rəhbər şəxsini öldürdükdən sonra onların əlinə terrorçu qruplaşmanın Türkiyə ilə neft satışını təsdiq edən xeyli miqdarda kağız və elektorn sənəd tapıblar.
ABŞ bu sənədlərin mətni barədə açıqlama verməkdən imtina edib. Ehtimal olunur ki, Vaşinqton bu sənədlərdən Ankaraya qarşı “kozur” kimi istifadə edəcək. Türkiyə məxfi xidməti isə İŞİD-lə neft alveri edən şəxslərin adını tam gizli saxlayır.