XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 21:47

Obama:"Ölkəmizin təhlükəsizliyi üçün Əl Qaidə və İŞİD-i məhv edəcəyik"

"Əl Qaidə və İŞİD kimi terror təşkilatlarına qarşı fasiləsiz mübarizə aparırıq. Ölkəmizin təhlükəsizliyi üçün onları məhv edəcəyik".

"Report" xəbər verir ki, bu sözlər ABŞ prezidenti Barak Obamanın 2001-ci ilin 11 sentyabr hadisələrinin 15-ci ildönümü münasibətilə yayılan bəyanatında yer alıb.

Ağ Evdən yayılan yazılı açıqlamada Barak Obamanın ABŞ-da 11 sentyabr hadisələrində dünyasını dəyişənlərin sayğı ilə anması vurğulanıb.
Ötən 15 ildə çox şeyin dəyişdiyini qeyd edən Obama "11 sentyabr hücumlarını təşkil edən Əl Qaidə liderinin məhv olunduğunu bildirib.

O, vurğulayıb ki, terrorçuların yeganə məqsədi Amerika dəyərlərini məhv etməkdir.

"Bizi bölməyə çalışanlara əsla təslim olmayacağıq" –deyən ABŞ prezidenti terrorçulara qarşı mübarizəni davam etdiriləcəyini deyib.