XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 Sentyabr 2016 - 09:58

Yunanıstan layihədə iştirak etməyə hazırdır:" Hər şey Avropadan asılıdır"

qazprom

Afina Rusiya qazının Avropaya nəqli üçün qaz borusunun Yunanıstan ərazisində inşası layihəsində  iştirak etməyə hazırdır, çünki hesab edir ki, bu layihə əlverişlidir.

Bu barədə Yunanıstanın energetika naziri Panos Skurletis bildirib.   

“Yunanıstan qaz borusunun inşasında maraqlıdır, biz bu layihədə iştirak etməyə hazırıq, lakin hər şey Avropadan asılıdır”, – deyə o bildirərək, İtaliya və Avstriyanın da layihədə maraqlı olduqlarını vurğulayıb.  

Skurletis qaz borusunun tikintisi ilə bağlı heç bir texniki problemin olmayacağında əmin olduğunu bildirərək, hər şeyin Avropa Komissiyasından asılı olduğunu  xüsusi qeyd edib. O, həmçinin, Avropa Komissiyası ilə danışıqlarda İtaliya və Avstriyanın da iştirak edəcəyini istisna etməyib.         

Nazir əmin olduğunu bildirib ki, qeyd olunan layihə minlərlə iş yerinin açılmasına və sərmayələrin cəlb olunmasına şərait yaradacaq.  (APA)