XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

11 Sentyabr 2016 - 10:09

Reyqana qarşı 35 il əvvəl sui-qəsd törətmiş şəxs azadlığa buraxılıb –FOTO

s2

1981-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Reyqana qarşı sui-qəsd törətmiş Con Hinkli  35 ildən sonra ruhi xəstə olan məhkumlar üçün ciddi rejimli dispanserdən azadlığa buraxılıb.  

 Bu ilin iyulunda federal hakim 61 yaşlı Hinklinin özü və ictimaiyyət üçün artıq  təhlükə yaratmadığına dair qərar verib.

Qərara əsasən,  Con Hinkli Virciniya ştatının Uilyamsburq şəhərində yaşayan anasının evində məskunlaşmalı, mətbuat nümayəndələri ilə təmas qurmamalı, xüsusi icazə olmadan internetdən, sosial şəbəkələrdən istifadə etməməli, alkoqollu içkilər və narkotik vasitələr qəbul etməməlidir.  

Qeyd edək ki, Con Hinkli  1981-ci ilin martın 30-da Donald Reyqana qarşı sui-qəsd törədib. O, prezidentə yaxınlaşaraq tapançadan 6 dəfə atəş açıb.  Hücum nəticəsində Donald Reyqan sinəsindən ağır güllə yarası alıb, insident nəticəsində daha 3 nəfər yaralanıb. 

Məhkəmə prosesi zamanı onun ruhi xəstə olduğu sübuta yetirilib və o ruhi xəstələr üçün ciddi rejimli dispanserdə məcburi müalicəyə məhkum edilib.   (APA)

s3

s4