XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Mart 2015 - 13:54

İranın keçmiş prezidentinin oğlu 15 illik həbsə göndərildi

Mehdi Haşimi korrupsiyaya görə əvvəllər də dəfələrlə saxlanılıb

Картинки по запросу mehdi haşimi rəfsəncani

İran İnqialb məhkəməsi İranın keçmiş prezidenti ayətullah Əkbər Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi Rəfsəncanini korrupsiya və təhlükəsizliyə təhlükədə günahkar bilərək onu 15 il müddətinə azadlıqdan məhrum edib.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, müttəhimin məhkəmə hökmündən şikayət üçün 20 gün vaxtı var.

İranda Mehdi Haşimi adı ilə tanınmış keçmiş prezident oğlu korrupsiyaya görə əvvəllər də dəfələrlə saxlanılıb. O, 1997-ci ildə Fransa şirkəti Total-la qalmaqalın ortasında görünüb. Şirkət Assaluye şelfindəki yataqların hasilatı üçün kiçik Rəfsəncaniyə 80 milyion dollar verib. Bu işin təhqiqatı Fransada indi də davam edir.