XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2016 - 15:26

Qərb Belarusa qarşı sanksiyaları tam ləğv edəcək? –Lukaşenko nə düşünür?

lukasenko

 Belorus prezidenti Aleksandr Lukaşenko parlament seçkilərindən sonra Qərbin ölkəsinə qarşı son sanksiyaları da ləğv edəcəyini düşünür.

 A. Lukaşenko bunu bu gün parlament seçkiləri ilə əlaqədar səs verdiyi seçki məntəqəsində jurnalistlərə açıqlamasında bildirib.

A. Lukaşenko deyib ki, hər şey edirlər ki, Qərbin Belorusa qarşı iddiaları az olsun: “Biz sanksiyalardan çox əziyyət çəkmirik, ancaq bu, xoş hal deyil. Biz hamımız sanksiya altında yaşamaq istəmirik, bu, ölkəyə təsir göstərir. Sentyabrda Qərbin Belarusa qarşı bir sıra sanksiyaları ləğv etməsi bizim haqlı olduğumuzu göstərdi. Bizim qarşımıza sərt şərt qoyanda, biz bunun maraqlarımıza cavab verib-vermədiyinə baxırıq. Bəli, biz hər şey edirik ki, bizə qarşı iddialar az olsun. Ancaq Qərbin tələbləri Konstitusiyaya zidd olanda, bu, bizim üçün qəbuledilməzdir”.  (APA)