XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2016 - 17:13

ABŞ 11 sentyabrdan sonra dünyanı daha təhlükəsiz edə bildimi? –Avropalılardan cavab

11

Sputnik rəy sorğusunun nəticələrinə görə, Almaniya əhalisinin 74, Fransanın 65 və İtaliyan əhalisinin 63 faizinin fikrincə, ABŞ-ın 11 sentyabr tarixindən sonra terrorizmlə mübarizə addımları dünyada təhlükəsizliyi artırmayıb.

Birləşmiş Ştatlar əhalisi isə bu məsələdə daha nikbindir. Ölkənin 54% əhalisi ABŞ-ın terrorizmlə uğurla mübarizə apardığını düşünür, 39% məsələ barədə mənfi cavab verib, 7% isə “bilmirəm” cavabını seçib. Bu məlumatlar Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə Ifop araşdırma şirkəti tərəfindən aparılmış sorğu nəticəsində əldə edilib.

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ daxili və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi məqsədilə bir sıra addımlar atıb: FTB-nin ölkədə və xaricdə vətəndaş və şirkətlər barədə məlumat toplanması üzrə səlahiyyətlərini artıran “Vətənpərvərlik aktı” qəbul olunub; terror təhlükəsinin azadılması üçün Əfqanıstan və İraqa hərbi müdaxilə olunub.

“Sizcə ABŞ-ın 11 sentyabr terror aktlarından sonra terrorizmlə mübarizə məqsədilə atdığı addımlar dünyada yaşayışı daha təhlükəsiz edibmi?” sualına almanların cəmi 20%-i, fransızların 24%-, italiyanların isə 30%-i müsbət cavab verib. Sorğu olunanların Almaniyada 6, Fransada 11, İtaliyada isə 7 faizi suala “bilmirəm” cavabını seçib.

Sorğu Fransanın qocaman sorğu şirkəti olan IFop tərəfindən 28 iyun-4 iyul tarixlərində Almaniya, Fransa, İtaliyada və 26-30 avqust tarixlərində ABŞ-da keçirilib. Sorğuda Almaniyada 1000 nəfər, Fransada 1004 nəfər, İtaliyada 1002 nəfər və ABŞ-da 1009 nəfər olmaqla, cəmi 18-yaşdan yuxarı 4015 şəxs iştirak edib. Etibarlılıq 955 olmaqla, ölkə üzrə maksimal səhv göstəricisi 3,1%-dir. (Müsavat)