Ermənistanın müdafiə naziri Seyran Ohanyan güman ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin olunacaq.
Bu barədə "İnterfaks" agentliyinə Ermənistan hökumətindəki mənbə bildirib. (APA)
"Yaxın vaxtlarda Ohanyan Ermənistanın müdafiə naziri postundan azad olunacaq. O, KTMT-nın baş katibi postunu tutacaq", – deyə mənbə qeyd edib.
Bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan dövlət idarəçiliyində geniş miqyaslı dəyişikliklərin olacağını bildirib.
KTMT-nın hazırkı baş naziri Nikolay Bordyuja isə yeni baş katibin adının təşkilatın bu il oktyabrın 14-də Ermənistanda keçiriləcək iclasında açıqlanacağını deyib.
"Yeni baş katib Ermənistan nümayəndəsi olacaq", – deyə o bildirib.