ABŞ-ın “Demokratiyaya Dəstək Fondu”- (NED) Rusiyada “arzuedilməz təşkilat” elan edilib.
Strateq.az bildirir ki, bu Rusiyada rəsmən münasibət bildirilən ilk belə əcnəbi QHT olub. Rusiya Baş Prokurorluğu bu QHT-nin fəaliyyətini ölkənin konstitutsiya quruluşuna, müdafiəsinə, təhlükəsizliyinə təhlükə yaratdığını bəyan edib.
Baş Prokururloq bu qənaətə NED-in fəaliyyətini analiz etdikdən sonra gəlib.
Rusiya hüquq müdafiəçiləri Baş Prokurorluğun bu qərarına etiraz ediblər.
ABŞ Konqresi tərəfindən 1983-cü ildə yaradılmış NED-in əsas missiyası dünyada demokratik islahatlara dəstək vermək olub.