XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

12 Sentyabr 2016 - 12:07

Rusiya Prezidenti müsəlmanları təbrik edib –Qurban bayramı münasibətilə

putin

Rusiya Prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

Prezidentin təbrikində qeyd olunur ki, Qurban bayramı əsrlər boyu ölkənin müsəlman icmasının həyatında mühüm rol oynayıb, İslamın əbədi dəyərlərinə, adət-ənənələrə hörmət aşılayır. Təbrik məktubunda vurğulanır ki, Rusiyanın müsəlman icması ölkənin həyatında yaxından iştirak edir, gənc nəslin tərbiyəsinə, dinlərarası və millətlərarası dialoqun inkişafına töhfə verir. (Azərtac)