XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2016 - 13:22

Bu ölkədə İslam Universiteti fəaliyyət göstərəcək –Məqsəd ekstremist ideyalara qarşı mübarizə aparmaqdır

islam

İspaniyanın Bask vilayətindəki San-Sebastyan şəhərində İslam Universiteti fəaliyyətə başlayıb. Ölkədə ilk belə təhsil müəssisəsi olan universitetdə yerli məscidlər üçün kadrlar hazırlanacaq, İslam dini onu öyrənmək istəyənlərə akademik səviyyədə tədris olunacaq.

Universitetin yaradıcısı Rəşid Butrabux bildirib ki, əsas məqsəd internetdə yayılan zərərli dini təbliğata, ekstremist ideyalara qarşı mübarizə aparmaqdır.

İspaniya İslam Təşkilatları Federasiyası da bu ölkədə yaşayan müsəlmanların dini təhsili üçün müəssisənin yaradılması ideyasını dəstəkləyir. Bir neçə aydan sonra federasiyanın özünün də belə bir təhsil mərkəzi yaradacağı planlaşdırılır. (Azərtac)