XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 13:16

Fransua Olland İran prezidentini Parisə dəvət etdi

ruhani fransa.jpg

İran prezidenti Həsən Ruhani çərşənbə günü Tehranda səfərdə olan Fransa xarici işlər naziri Loran Fabiusla görüşüb.

Strateq.az Fars İA-ya istinadən bildirir ki, Ruhani İran və Fransanın dəyərli əməkdaşlıq keçmişinə malik olduğunu deyib. O, vurğulayıb ki, nüvə yekunu Avropa ilə yaxşı əməkdaşlığa zəmin yarada bilər.

Fransa xarici işlər naziri bildirib ki, Fransa prezidentinin İranla bağlı çox yüksək səviyyədə dostluq hissi var. Loran İran prezidentini Parisə dəvət olunması barədə Fransua Ollandın dəvətini Ruhaniyə çatdırıb.

Fransa xarici işlər naziri Loran Fabius bu gün səhər bir heyətin müşayiəti ilə Tehrana gəlib və İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar apardıqdan sonra İran prezidenti ilə görüşüb.