Rusiya Hərbi Kosmik Qüvvələri Suriyada terrorçuların mövqelərinə hava zərbələri endirməkdə davam edəcək.
Bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy bəyan edib.
“Zərbə endiriləcək obyektlərin müəyyən edilməsi üçün Rusiya və ABŞ tərəfindən birgə icra mərkəzi yaradılır. Bu, Rusiya və ABŞ-ın başçılıq etdiyi koalisiyaya hücumları əlaqələndirməyə imkan verəcək”, deyə S.Rudskoy bildirib. (APA)