XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 İyul 2015 - 17:03

Xodorkovski: “Putin özünə nəzarət edə bilmir”

“Amerikada da müharibə tərəfdarları çoxdur”

Rusiya müxalifətçisi Mixail Xodorkovski bildirib ki, dünya müharibəsini hadisələrin inkişaf variantı kimi istisna etmir.

Strateq.az bildirir ki, Xodorkovski “ERR.Novosti”-yə müsahibəsində hər şeyin başlaya biləcəyi üç nöqtənin olduğunu söyləyib: “Mən maksimum mümkün ssenariləri nəzərdən keçirdirəm, çüki hazırda Putin proqnozlaşdırıla bilməyəndir, qeyri-rasionaldır və güman etmirəm ki, özünə nəzarət edə bilir. O, başqa bir gerçəklikdə yaşayır – iqtisadi və siyasi baxımdan yox, artıq düşünürəm ki, dini baxımdan. O, özünə ciddi şəkildə postamerika dünyasının lideri kimi yanaşır. Ona elə gəlsə ki, hakimiyyəti saxlamaqda müharibədən başqa variant yoxdur, müharibə də edəcək”.

Müxalifin sözlərinə görə, nüvə müharibəsi imkanı azdır, lakin onu da hesabdan silmək istəməzdi: “Sonra – düşünməyin ki, müharibəni təkcə Putin istəyir. Mən Ştatlarda olmuşam. çoxlu adamlarla, o cümlədən son dərəcə nüfuzlu şəxslərlə söhbət etmişəm. Hillari Klintonun və yaxud respublikaçılardan kiminsə qalib gəlib-gəlmədiyindən asılı olmayaraq, orada çoxları yumruq silkələmək istəyir”.

Xodorkovski əlavə edib: “Ukraynada quru əməliyyatının davamı ən ağlabatan versiyadır. Aramsız fitnəkarlıqların, gərginləşmənin, qarşılıqlı qınaqların davam etdiyi Baltikyanı ikinci variantdır. Düşünürəm ki, üçüncü isə bütün zamanlar üçün ehtiyat variantı Yaxın Şərqdir – incə şəkildə İranın və yaxud Suriyanın əliylə”.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Xodorkovskinin dediklərində şərh etməli heç nə yoxdur.