Bu gecə Ukraynanın Xerson şəhərində “Pivdenniy” bankında güclü partlayış baş verib.
Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib.
İnsidentin başvermə səbəbləri və zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.
Xatırladaq ki, avqustun 16-da Lvovda “Privatbankın” bankomatı partladılıb, iyulda isə Xarkov vilayətində eyni adlı bankın inkassator avtomobilinə hücum olub. (APA)