XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2016 - 11:12

“Türkiyə ilə əməkdaşlığa ehtiyac var” –Rusiyalı politoloq

aleksey-meskov

"Yaxın Şərqdə Suriya böhranı da daxil olmaqla, bir çox məsələdə Türkiyə tərəfi ilə danışıqlar gedir".

Strateq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksey Meşkov Sputnik-ə açıqlamasında deyib.

Nazir müavininin sözlərinə görə, Yaxın Şərqdə təhlükəsizlik probleminin həlli üçün Türkiyə ilə əməkdaşlığa ehtiyac var:

“Rusiya tərəfi bölgədəki bütün təhlükəsizlik problemlərinin həlli üçün türk həmkarları ilə ciddi dialoq qurmağa hazırdır. Bunun öhdəsindən gəlməyimiz üçün gerçək potensialımız var. Yaxın Şərqdə, Suriya böhranı da daxil olmaqla, bir çox məsələdə Türkiyə tərəfi ilə danışıqlar gedir”.