XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

13 Sentyabr 2016 - 18:13

Qazaxıstan prezidenti qızını Senat üzvü təyin etdi

dariqa

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Dariqa Nazarbayeva ölkə Senatının (Yuxarı Palata) deputatı təyin edilib.

 Bu haqda Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, D.Nazarbayeva Qazaxıstan rəhbəri Nursultan Nazarbayevnin böyük qızıdır. O, 1963-cü ildə anadan olub. M.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. D.Nazarbayeva bir il baş nazirin müavini olub.

Xatırladaq ki, Qazaxıstan Senatının (Yuxarı Palata) 47 üzvü var. Senatın 15 üzvünü prezident təyin edir. 32 senator isə ölkənin hər vilayətindən iki nəfər olmaqla yerli hakimiyyət orqanları tərəfindən seçilir. (Report)