XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2016 - 10:20

Türkmənistan Azərbaycanı qabaqladı –Prezidentlik müddəti 5 ildən 7 ilə qaldırıldı, yaş senzi ləğv edildi

gurbanguli

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb.  

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə, Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi. Artıq "yaşı 70-dən yuxarı olmayan" tələbi qanundan çıxarılıb.