Çin yaxın 20 il ərzində bir trilyon ABŞ dollarlıq təyyarə parkına sahib ilk ölkə olacaq. Bu barədə “Boeing” şirkəti proqnoz verib.
Şirkətin məlumatında deyilir ki, Çinin növbəti 20 ildə ümumi dəyəri 1 trilyon dolları keçən 6800-dən çox təyyarəyə ehtiyacı olacaq. Bunların da 75 faizi qarşıdakı illərdə alınacaq yeni təyyarələr olacaq. Ölkədə səyahət və nəqliyyat xidmətlərinin çoxalması hava nəqliyyatından istifadə edənlərin sayının hər il 6-7 faiz artmasına səbəb olacaq. “Boeing”in mütəxəssisləri düşünür ki, Çində elektron ticarətin genişlənməsi öz növbəsində karqo uçuşlarının sayına da müsbət təsir göstərəcək(azərtac).