ABŞ Mərkəz Komandanlığının (Centcom) Hərbi Hava Qüvvələri komandiri Ceffri Harriqan Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlara münasibət bildirib.
Amerikalı hərbçi Ankaranın beynəlxalq qaydalara uyğun davrandığını deyib:
“Türkiyə bu əməliyyatlara milli maraqları çərçivəsində yanaşır və beynəlxalq hüquq normlarına əməl edir. Buradakı hərbi birləşmələrlə əlaqəmiz var, Türkiyə rəhbərliyi ilə Suriyada davam edən əməliyyatlarla bağlı məlumat mübadiləsi aparılır”. (Axar.az)