Böyük Britaniyada üzərində keçmiş baş nazir Uinston Çörçilin təsviri olan 5 funt sterlinq nominalında plastik əsginazların yeni versiyası dövriyyəyə buraxılıb.
Azərtac banks.eu saytına istinadla xəbər verir ki, ilk tiraj 400 milyon nüsxə olacaq. Üzərində Elizabet Frayın təsviri olan köhnə əsginazlar 2017-ci il mayın 5-ə qədər qanuni ödəniş vasitəsi olaraq qalacaq.
Yeni əsginazları paltaryuyan maşında 90 dərəcə temperaturda yuyulmaya davamlıdır. Plastik pulların xidmət müddəti 5 ildir.