XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 13:14

Avropanın bütün şəhər mərkəzlərində pulsuz internet- Avropa Komissiyası təklif verdi

Avropa Komissiyası 2020-ci ilədək Avropanın bütün şəhər mərkəzlərində pulsuz internet quraşdırmaq, 2025-ci ilədək isə Avropa İttifaqının bütün ərazisini G5 nəsil rabitə ilə təmin etmək təklifini irəli sürüb.

Bu təklifi komissiyanın sədri Jan-Klod Yunker Avropa parlamentinin Strasburqda keçirilən plener sessiyasındakı illik nitqində səsləndirib.

O, qeyd edib ki, “biz rabitəyə malik olmalıyıq, bizim iqtisadiyyatımızın və xalqın buna ehtiyacı var”. Buna görə də komissiya Avropa kommunikasiya bazarında islahatlar aparmağı təklif edir. Komissiya sədrinin fikrincə, avropalılar yeni şəbəkə və xidmətlərə investisiya qoysalar, bu, növbəti onillikdə minimum 1,3 milyon yeni iş yeri yaratmağa imkan verəcək(azərtac).