XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 14:46

Tramp ABŞ prezidenti olsa, Çinə 100 milyardlarla ziyan vuracaq –Dünya iqtisadiyyatı yeni maliyyə böhranıyla üzləşə bilər

trump

Bu ilin noyabr ayında ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində əsas namizədlərdən sayılan Donald Tramp dövlət başçısı seçiləcəyi təqdirdə Çindən idxal olunan mallara yüksək dərəcəli rüsumlar tətbiq edəcəyini bildirib. Tramp bu qərarın ABŞ-da deflyasiyanın qarşısının alınması məqsədilə belə veriləcəyini açıqlayıb. 

Nəticədə, Çin iqtisadiyyatının 100 milyardlarla dollar itirəcəyi bildirilir.

Bu barədə "Daiwa Capital Markets"in Asiya bölgəsi üzrə iqtisadçısı Kevin Lay (Kevin Lai) yeni araşdırmasında qeyd edib.

Onun hesablamalarına görə, D.Trampin ticarət kəsirini azaltmaq məqsədilə Çin mallarına gömrük rüsumlarını 45% artırılması ilə bağlı təklifi Çinin ABŞ-a ixracını 87% və ya 420 mlrd. dollar azalda bilər. Rüsumlar 15% artsa idxalın 31% və ya 152 mlrd. dollar, 30% artsa isə 69% və ya 331 mlrd. dollar azalması mümkündür. Nəticədə, ABŞ-da ÜDM-in 4,82% və ya 0,5 trln. dollar azalacağı ehtimal edilir. Burada Çinin ABŞ-a 426 mlrd. birbaşa investisiyası nəzərə alınmayıb. K.Laya görə, ABŞ iqtisadiyyatının itkiləri və iqtisadi artımın yavaşlaması sonda Tramp və onun adminstrasiyasını yumşalmağa məcbur edəcək.

Buna baxmayaraq, tariflərin 15% artırılması xarici şirkətlərin kapital axını istisna olmaqla Çin iqtisadiyyatının 1,8% itkisinə səbəb olacaq. Ekspertlərin fikrincə, yüksək tariflər bütün iqtisadi sahələri əhatə edəcək.

Lay tariflərin artırılmasının Çində fəlaiyyət göstərən beynəlxalq şirkətlərin başqa ölkələrə getməsinə səbəb olacaq. Hazırda kapital axını səbəbindən narahatçılıq yaradan Çinin tədiyyə balansının vəziyyəti tariflərin artırılması ilə daha da pisləşə bilər.

Qeyd edək ki, seçki öncəsi çıxışlarında D.Tramp Çin yuanının 40% baha olduğunu, bu səbədən də onun ölkəsinin vətəndaşlarının milyonlarla iş yerini itirdiyini bildirib. O, seçildiyi təqdirdə yuanla manipulyasiyalara son qouacağını, Çinin ixrac subsidiyalarına son qoyacağını açıqlayıb.

"Report"un analitik qrupu Trampın seçilməsi halında qlobal iqtisadiyyatda böhran yaşana biləcəyini, ABŞ dollarının kəskin möhkəmlənəcəyini proqnozlaşdırır. Çinlə bağlı ABŞ-ın hər hansı iqtisadi sanksiyası yuanın devalvasiyasına və bütün dünya valyutalarının ucuzlaşmasına gətirib çıxaracaq.

Report.az