XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 16:37

Səudiyyə Ərəbistanı neft hasilatındaABŞ-ı geridə qoyub

Səudiyyə Ərəbistanı neft hasilatında ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük istehsalçısı olub.

Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Bildirilir ki, avqust ayında Səudiyyə Ərəbistanının ümumilikdə xam neft və neft məhsulları istehsalı gündəlik orta hesabla 12,6 milyon barrelə çatıb. ABŞ-ın istehsalı isə gündəlik 12,2 milyon barreldə qalıb.

Ötən müddətdə ABŞ-dan daha çox neft istehsal edən Səudiyyə Ərəbistanı 2014-cü ilin aprelində itirdiyi liderliyini yenidən qazanıb.

Ucuzlaşan neft qiymətləri ABŞ-dakı neft istehsalçılara mənfi təsir edir. May ayından etibarən ABŞ-ın ümumi neft istehsalı gündəlik orta hesabla 460 min barrel azalıb. Səudiyyə Ərəbistanı isə may ayından bu vaxtadək neft istehsalını gündəlik orta hesabla 400 min barrel artırıb.